ABŞ-da ‘Boeing 737’ tipli sərnişin təyyarəsi çaya düşüb

ABŞ-da ‘Boeing 737’ tipli sərnişin təyyarəsi çaya düşüb

Amerikanın Ceksonvill şəhərində "Boeing 737" tipli sərnişin təyyarəsi çaya düşüb.
 
Bu barədə şəhər meri Lenni Karri öz "Twitter" səhifəsində yazıb.
 
"Kommersiya təyyarəsi çaya düşüb. Mən yanğınsöndürən və xilasetmə departamentlərimiz tərəfindən məlumatlandırılmışam. Onlar artıq hadisə yerindədirlər", - deyə o yazıb.
 
Mer həmçinin əlavə edib ki, təyyarədə olanların hamısı sağdır.
 
"WJXT-TV" telekanalının məlumatına görə, "Boeing 737"nin göyərtəsində 142 nəfər olub. Laynerin uçuş-eniş zolağında sürüşdüyü və çaya düşdüyü bildirilir.
 
Ceksonvill şerifinin məlumatına görə, təyyarə dayaz yerdədir. O, hadisə nəticəsində batmayıb. /Report /
 

Google+ WhatsApp ok.ru