ABŞ-da Ağ Evin qarşısında toqquşma olub, həbs edilənlər var (VIDEO)

ABŞ-da Ağ Evin qarşısında toqquşma olub, həbs edilənlər var (VIDEO)

ABŞ-da Müstəqillik Gününda Ağ Evin yanında  keçirilən etiraz aksiyasında ölkə bayrağı yandırılıb.
 
Maide.Az xarici KİV-ə istinadla bildirir ki, etiraz aksiyasında işitrak edənlərdən 3 nəfər bayrağı yandırdıqlarına görə həbs edilib. 
 
Məlumata görə, hadisə ABŞ lideri Donald Trampın Avram Linkolnun Memorialına gəlişindən 1 saat əvvəl baş verib.
 
Bayrağı solçu fəallar yandırıblar. Onlar həmin vaxt dövlət əleyhinə şüarlar da səsləndiriblər. Hadisə sağçılarla solçular arasında toqquşmaya səbəb olub. Polis hətta Ağ Evin ətrafındakı ərazinin bir hissəsini əhatəyə alıb.
 

Google+ WhatsApp ok.ru