ABŞ-da anti-İsrail aksiyası

ABŞ-da anti-İsrail aksiyası

Bir qrup Amerikalı  sionist rejimin ekspansianist siyasətlərinə etiraz olaraq, aksiya keçirib.
 
Maide.Az xəbər verir ki, Ümumdünya Zəiflər Cəbhəsinin informasiya portalının dünənki məlumatına görə, Los-Anceles Tayms qəzetində dərc olunmuş sionist rejimin boykot edilməsi üzrə beynəlxalq hərəkata qarşı məqaləni pisləyən amerikalı etirazçılar bu hərəkatı dəstəklədiklərini bildiriblər.
 
Bəziləri yəhudi olan aksiyaçılar həmçinin sionist rejimin məhv edilməsi və didərgin fələstinlilərin öz torpaqlarına geri dönmələrinin vacibliyini vurğulayıblar.
 
Müxtəlif ölkələrin xalqları sionist rejim məhsullarının boykot edilməsi hərəkatını yaradaraq, bu rejimin Fələstin ərazilərindəki qəsbkarlığına son qoyulması və fələstinlilərin hüquqlarının rəsmən tanınmasını istəyiblər ki, bu məsələ sionist rejim başçılarının nigarançılığına səbəb olubdur.
 

Google+ WhatsApp ok.ru