ABŞ-da ağır qəza: ölənlərin sayı artıb

ABŞ-da ağır qəza: ölənlərin sayı artıb

ABŞ-ın cənub-qərbində Texas ştatında baş verən ağır yol qəzasında ölənlərin sayı 13-ə çatıb.
 
Baptist kilsəsinə məxsus yük maşının sərnişinlərindən daha biri dünyasını dəyişib.
 
Hadisə nəticəsində 2 nəfər isə xəsarət alıb.
 
Qəza baptist kilsəsinə məxsus yük maşının ilə pikapın toqquşması nəticəsində baş verib. Polisin məlumatına görə, yük maşınında 14 nəfər kilsə nümayəndəsi olub. Pikapda isə yalnız bir sürücü olub.
 
Bildirilir ki, yaralılar xəstəxanaya yerləşdirilib. Qəza səbəbləri müəyyən edilməyib. (trend)
 

Google+ WhatsApp ok.ru