ABŞ-da asiyalı-amerikalılar təhqirlərə məruz qalır

ABŞ-da asiyalı-amerikalılar təhqirlərə məruz qalır

Mart ayının ortalarından bəri ABŞ-da yerləşən koalisiya təşkilatı 2100-dən çox asiyalıya nifrət zəminində 2100-dən çox insident qeydə alıb. Asiya-Amerika tərəfdarları buna koronavirus pandemiyası dövründə Çinə qarşı siyasi ritorikanın da səbəb olduğunu deyir.
 
Nifrət zəminindəki hadisələri izləyən anti-Asiya `STOP AAPI Hate`in bildirdiyinə görə, insidentlərin böyük əksəriyyətini təhqirlər və müxtəlif alçaldıcı sözlərlə olsa da, təxminən səkkiz faizi fiziki hücumlarla baş verib. Bunlara koronavirus qorxusu səbəbindən asiyalı-amerikalıların öz iş yerlərinə girmələrinə qadağalar, onların yanında qəsdən öskürmələr və tüpürmələr kimi hallar daxildir.
 
Asiyalı-amerikalılar 2003-cü ildə SARS epidemiyası səbəbindən baş qaldıran səhiyyə böhranı zamanı da hədəf alınmışdı. Asiya əleyhinə nifrətin son dalğası prezident Donald Tramp və digər siyasətçilərin Çin əleyhinə ritorikaları, sonra isə pandemiya üzərində yaranan gərginlik səbəbindən güclənib.Əvvəlcə Çini böhranla mübarizə apardığına görə tərifləyən Tramp daha sonra Çinin lideri Si Tszinpini Uhanda baş verən hadisəni Ümumdünya Səhiyyə Təşkilatına vaxtında bildirməməkdə və problemin ciddiliyini ört-basdır etməkdə günahlandırır.
 
 
Tramp dəfələrlə koronavirusu "Çin virusu" və "kung-qrip" adlandırıb ki, asiyalı amerikalı vəkillər belə ifadələr Asiya mənşəli amerikalıları alçaltdığını və onlara nifrəti artırdığını deyirlər.
 
Tramp istifadə etdiyi sözlərin irqçi olduğuna dair mübahisə edir. Ağ Evin məsləhətçisi Kellian Konvey bir neçə həftə əvvəl `kung-qrip` ifadəsinin "çox təhqiramiz" olduğunu, Ağ Evin mətbuat katibi Keyli Makenani isə bu həftə prezidentin həmin sözləri virusun Çində yarandığını vurğulamaq üçün istifadə etdiyini deyib. /amerikaninsesi /

Google+ WhatsApp ok.ru