ABŞ-da azad silah əldə etmək hüququ hər il minlərlə can alır

ABŞ-da azad silah əldə etmək hüququ hər il minlərlə can alır

ABŞ-da hər il minlərlə insan atışmada öldürülür və ya yaralanır.
 
Rəsmi rəqəmlərə görə, ABŞ-da 270 ilə 300 milyon arasında odlu silah mövcuddur. Bu o deməkdir ki, ölkədə hər insan payına bir silah düşür. Azad silah əldə etmək hüququ növbəti qurbana səbəb olub. ABŞ polisi Corciya ştatında bir uşağın vurulduğunu bildirib.
 
ABC Nyus telekanalını verdiyi xəbərə əsasən, 12 yaşlı amerikalı oğlan Brayan Zavala, Corciya ştatının Riverdeyl şəhərində naməlum şəxs tərəfindən odlu sillahla vurularaq öldürülüb.
 
 Riverdeyl polisi, təcavüzkarın polis gəlmədən öncə hadisə yerindən qaçdığını söyləyib. Qeyd edək ki, ABŞ zorakılıq, girov götürmə və silahlı hücumlar dalğası ilə qarşılaşıb. ABŞ-dakı vətəndaş hüquqları qruplarının müraciətlərinə baxmayaraq, silah lobbisinin gücünə görə, heç bir ABŞ hökuməti bu günə qədər silah satışını məhdudlaşdıran qanun qəbul edə bilməyib. Bununla birlikdə, ABŞ prezidenti Amerika silahlarının qəti tərəfdarıdır. Prezidentliyinin əvvəlində Tramp, ABŞ-da silah istehsalçılarına müraciət edərək, "Amerikalı silah istehsalçılarının hüquqlarının səkkiz il pozulma vaxtı keçdi və indi Ağ Evdə onların həqiqi dəstək verəni var", - deyə Tramp bildirmişdi. /Deyerler.org/
 

Google+ WhatsApp ok.ru