ABŞ-da bağırsaq basilindən beş nəfər ölüb

ABŞ-da bağırsaq basilindən beş nəfər ölüb

-- ölkə üzrə 35 ştatda, ümumilikdə, 197 nəfər zəhərlənib

ABŞ-da beş nəfər bağırsaq basilinə yoluxmuş kahı bitkisindən zəhərlənərək ölüb.
 
"Report" "Associated Press"ə istinadən xəbər verir ki, ölkə üzrə 35 ştatda, ümumilikdə, 197 nəfər zəhərlənib, onlardan 89 nəfəri xəstəxanalara yerləşdirilib.
 
İnfeksiya ölkəyə Arizona ştatından yayılıb.
 
Yeni zəhərlənmə hadisələri ilə bağlı məlumatlar gəlməyə davam edir.
 

Google+ WhatsApp ok.ru