ABŞ-da `Bu gün mən də müsəlmanam` mitinqi keçirildi - FOTO (VİDEO)

ABŞ-da `Bu gün mən də müsəlmanam` mitinqi keçirildi - FOTO (VİDEO)

ABŞ prezidenti Donald Trampın bəzi müsəlman ölkələri vətəndaşlarının ölkəyə girişini qadağan etməsinə etiraz olaraq, Nyu-Yorkda "Bu gün mən də müsəlmanam" mitinqi keçirilib.
 
Trampın bəzi müsəlman ölkələrinə viza məhdudiyyətləri tətbiq etməsinə müsəlman, xristian və yəhudilərin yanaşı, digər din və inanclara mənsub yüzlərlə ABŞ vətəndaşları Tayms meydanında keçirilən mitinqlə dəstək verib.
 
"Hip hop" və "Urban" musiqilərin səsyazma firması olan Def Jam Rekordinsin təsisçisi, iş adamı və siyasi fəal Rassel Simmonsun təşkilatçılığı ilə keçirilən mitinqin məqsədi müsəlman cəmiyyəti ilə həmrəylik olub.
 
Nyu-Yorkun bələdiyyə sədri Bill de Blasio, Hollivud ulduzu Susan Sarandon, Çelsi Klinton, məşhur rapçı Q-tip və müsəlman fəal Linda Sarsour da mitinqdə iştirak edib.
Trampın sabiq dostu Simmons mitinq iştirakçıları qarşısında çıxış edib: "Bu gün burada Donald Tramp səbəbilə birləşdik. Ona bizi birləşdirdiyi üçün təşəkkür etmək istəyirəm", - deyə o bildirib.
 
Simmons daha sonra çıxışını belə davam edib: "Ölkəmizdə dəyişiklik olduğunu qəbul etməyə məcburuq. Uzun illərdir ki, islamofobiya ilə mübarizə aparırıq. Amma daha çox nifrət cinayətlərinə və daha çox nifrətə doğru bir dəyişiklik mövcuddur". (deyerler) /
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru