ABŞ-da daha bir silahlı insident: 1 ölü, 4 yaralı

ABŞ-da silahlı insident nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
Hadisə Ohayo ştatının Klivlend şəhərində baş verib.
 
Naməlum şəxs atəş açaraq 5 nəfəri yaralayıb. Aralarında hamilə qadının olduğu yaralılar xəstəxanaya çatdırılıb. Onlardan biri orada ölüb.
 
Atəş açan şəxsin kimliyi və motivi məlum deyil. Polis araşdırma aparır.

Google+ WhatsApp ok.ru