ABŞ-da daşqınlar: 12 ölü 06 Oktyabr 2015 01:00 Dünya ABŞ-ın Cənub və Şimal Karolina ştatlarında şiddətli yağışlardan sonra əmələ gələn daşqınlar nəticəsində ölənlərin sayı 12-yə çatıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, son beş gün ərzində Cənubi Karolina ştatında 10 nəfər təbii fəlakətin qurbanı olub. Onların əksəriyyəti qeyri-sabit hava nəticəsində yol qəzalarında ölənlərdir. Qonşu Şimali Karolinada daha 2 nəfərin öldüyü bildirilir. Hər iki ştatda müşahidə olunan leysan yağışlara Atlantik okeanda tüğyan edən “Xoakin” qasırğası səbəb olub. Xilasedicilər yerli əhalini ən təhlükəli ərazilərdən təxliyyə etməkdə davam edir. Minlərlə insan elektrik enerji və içməli susuz qalıb. Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Cənubi Karolina ştatını təbii fəlakət zonası elan edib. / Teqlər : #ABŞda daşqınlar: 12 ölü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bəhreynin müxtəlif bölgələrində etiaz aksiyası keçirilib İraqı yenə qana boyadılar: 56 ölü
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO