ABŞ-da etiraz aksiyası: saxlanılanlar var

ABŞ-da etiraz aksiyası: saxlanılanlar var

ABŞ-ın Şarlott şəhərinin sakinləri etiraz aksiyası keçiriblər.
 
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, sakinlərin etirazına səbəb prokurorluğun afroamerikalıya atəş açan polis zabitinə qarşı ittiham irəli sürülməməsi barədə qərarı olub.
 
Aksiya zamanı 4 nəfər saxlanılıb.
 
Qeyd edək ki, 43 yaşlı afroamerikalı Kit Lamont Skott sentyabrda polis tərəfindən güllələnmişdi.
 
Ümumiyyətlə, son günlər ABŞ-da polisin qaradərili vətəndaşlara atəş açması halları artıb. Lakin heç bir polis əməkdaşına qarşı ittiham irəli sürülməyib.
 

Google+ WhatsApp ok.ru