ABŞ-da `Ferguson` etirazları davam edir

ABŞ-ın Missuri ştatındakı St.Luis şəhərində silahsız siyahi gənc Maykl Braunu öldürən polis məmurunun mühakimə olunmasına ehtiyac görməyən hakimlərin qərarına etiraz ola ilə Nyu-Yorkda etiraz aksiyası keçirilib.
 
Maide.az xəbər verir ki, günorta saatlarından etibarən ev, məktəb və iş yerlərindən əllərini havaya qaldıraraq çıxan aksiyaçılar, Union Meydanında toplaşaraq St.Luis şəhərinin Ferguson səmtindəki hadisəuə etiraz ediblər. 
 
ABŞ-da yaşayan zəncilərin polis tərəfindən sistematik bir şəkildə öldürüldüyünü irəli sürən nümayişçilər, şüarlar səsləndirərək polisə və məhkəmə qərarına etirazlarını bildiriblər. "Maykl Braun üçün ədalət," "Zəncilərin həyatı da mühümdür" yazılmış plakatlar daşıyan nümayişçilər, "Əllərim havada, atəş et" "Ədalət yoxsa, sülh də yox," Qatil polislər həbs olunsun" şüarları səsləndiriblər.

Google+ WhatsApp ok.ru