ABŞ-da güclü külək 130 min evi işıqsız qoyub

ABŞ-da güclü külək 130 min evi işıqsız qoyub

ABŞ-ın Tennessi ştatında güclü külək səbəbindən təxminən 130 min ev elektriksiz qalıb.
 
APA xəbər verir ki, bu barədə ştatı elektrik enerjisi ilə təmin edən “Nashville Electric” şirkəti “Twitter” səhifəsində məlumat yayıb.
 
Şirkətin məlumatına görə, qasırğadan sonra 50 min istehlakçıda elektrik enerjisi bərpa edilib. Eyni zamanda, daha 80 min abonentə hələ də elektrik enerjisinin verilişi təmin edilməyib.
 
Hazırda qəza xidməti qrupları problemin aradan qaldırılması üzərində işləyirlər.
 

Google+ WhatsApp ok.ru