ABŞ-da hər 28 saat ərzində polis tərəfindən bir qaradərili qətlə yetirilir

Hər 28 saat ərzində irqçilik ucbatından Amerika polisi tərəfindən bir qaradərili vətəndaş öldürülür.
 
Maide.az-ın məlumatına görə, siyasi fəal və beynəlxalq işlər üzrə mərkəzin təşkilatçısı Con Parker bildirib ki, "ABŞ-ın məhkəmə sistemi əsasən qaradərililərə qarşı yönəlib. Bu sistem qaradərili insanların qorxuları üzərində yaradılıb." 
 
Parker əlavə edib ki, qaradərili Maykl Braun adlı yeniyetmənin ağrədirili polis tərəfindən öldürülməsi və bu cinayətə bəraət verilməsi, ABŞ məhkəmə sisteminin irqçi polis işçilərini müdafiə etməsinə sübutdur. 
 
BMT-nin İnsan Haqları Şurası Amerika polislərinin afrika əsilli vətəndaşlarına qarşı qərəzli münasibətindən, onların istismar olunmasından narahatlığını bildirib.
 
Çərşənbə axşamı yüzlərlə insan Vaşinqton küçələrinə axışaraq, M.Braunu güllələyən polis Darren Uilsona bəraət verilməsi qərarına etirazlarını bildiriblər. 
 
Cinayətkar Uillsona bəraət verildikdən sonra isə ABŞ küçələrini yeni etiraz dalğası bürüyüb. 

Google+ WhatsApp ok.ru