ABŞ-da həbsxanada qiyam: - yaralılar var

ABŞ-da həbsxanada qiyam: - yaralılar var

ABŞ-da həbsxanada qiyam baş verib.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, insident Syuzanvill şəhərində (Kaliforniya ştatı) qeydə alınıb.
 
İnsident nəticəsində 6 həbsxana əməkdaşı yaralanıb.
Məlumata görə, həbsxananın yeməkxanasında dustaqlardan biri nəzarətçiyə hücum edib. Daha sonra 30-dək məhkum digər həbsxana əməkdaşlarına zərbələr endirməyə başlayıb.
Polis və nəzarətçilər qiyamçılara qarşı bibər qazından istifadə etməyə məcbur olub.
Qiyam polislər tərəfindən yatırılıb. Hadisənin səbəbləri barədə hələ ki, məlumat verilmir.
 

Google+ WhatsApp ok.ru