ABŞ-da həbs edilən İran jurnalisti azad edilib

ABŞ-da həbs edilən İran jurnalisti azad edilib

ABŞ-da həbs edilən İranın "Press TV" telekanalının jurnalisti Mərziyə Haşemi sərbəst buraxılıb.
 
Maide.Az "Tasnim" xəbər agentliyinə istinadən xəbər  verir ki, 11 gündür həb olunan jurnalistin sərbəst buraxılmasının təfərrüatları barədə məlumat verilmir.
 
Qeyd edək ki, Mərziyə Haşemi yanvarın 13-ü Missuri ştatının Sent-Luis şəhərində saxlanılmışdı. Ona qarşı heç bir ittiham irəli sürülməsədə, jurnalistin vacib məlumata sahib olan şahid qismində saxlanıldığı bildirilirdi.
 

Google+ WhatsApp ok.ru