ABŞ-da Hindistan müsəlmanlarına qarşı zorakılıqlar əleyhinə aksiyalar keçirilib

ABŞ-da Hindistan müsəlmanlarına qarşı zorakılıqlar əleyhinə aksiyalar keçirilib

ABŞ-ın müxtəlif ştatlarında  müsəlmanlara qarşı ayrıseçkilik  siyasətinin əleyhinə  kütləvi aksiyalar təşkil olunub. 
 
Maide.Az "aljazeera"a istinadla xəbər verir ki, söhbət Hindistanda müsəlmanların öldürülməsi, eyni zamanda  vətəndaşlıqla bağlı qəbul oluna yeni qanundan gedir.  
 
Etirazçılar ifratçı buddistlər tərəfindən  40 –dan çox  müsəlmanın öldürülməsi, və yüzlərlə şəxsin yaralanmasına  Hindistan hökumətinin  göz yummasını kəskin qınayıblar. 
 
Eyni zamanda  yeni qəbul olunmuş vətəndaşlıq haqqında qanuna görə,  müsəlmanlar qarşısında bir sıra maneələrin yaradılması  və ayrıseçkilik siyasəti pislənilib. 
 
ABŞ-ın müxtəlif ştatlarında Hindistan konsulluqları qarşısında təşkil olunan aksiyalarda müsəlmanlarla yanaşı  digər dinlərin  nümayəndələri də iştirak ediblər. 
 
Etirazın əsas şüarları “Ayrıseçkiliyə son”,  “insanların  öldürülməsi” dayandırılsın və s. kimi olub. 
 
Qeyd edək ki, Hindistanda vətəndaşlıq haqqında qanuna dəyişikliklər edilib. Qanuna görə buddistlər, saklar, caynlar, xaçpərəstlər, hindular müəyyən şərtlər çərçivəsində bu ölkəyə köçə və vətəndaşlıq ala bilərlər. Lakin bu sənəd müsəlmanlar üçün belə yaşıl işıq yandırrmır.Bu da ölkədə yaşayan 200 milyon müsəlmanı ikinci dərəcəli vətəndaşa çevirir və ya onları ölkədən çıxmağa vadar edir.
 
Vətəndaşlıq haqqında qanuna edilən bu düzəlişdən sonra, hakimiyyət müsəlmanları hər hansı bir bəhanə ilə həbs və sürgün edə bilir. Bu da dünyanın bir çox ölkələrində narahatçılıq yaratmış və etiraza səbəb olmuşdur. 
 
Xatırladaq ki, ötən həftə Hindistanın paytaxtı Nyu Dehlidə  vətəndaşlıq haqqında qanun tərəfdarları ilə əleyhdarları arasında qarşıdurmalar baş vermiş, iğtişaşlar nəticəsində müsəlmanların evləri, mağazaları və məscidləri dağıdılmış,  42 nəfər öldürülmüş və  yüzlərlə insan yaralanmışdır. 

Google+ WhatsApp ok.ru