ABŞ-da iki müsəlman tələbəyə hücum edilib

ABŞ-da iki müsəlman tələbəyə hücum edilib

Kaliforniyadakı universitetdə müsəlman qız tələbə sözlü təcavüzə məruz qalıb. Başqa bir universitet tələbəsinin isə zorla hicabın açıblar.
 
Maide.Az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı San Dieqo və San Xose dövlət universitetlərində hicablı iki müsəlman qız tələbənin təcavüzə məruz qaldığı bildirilib.
 
Verilən məlumata görə, ilk hadisə San Dieqo dövlət universitetində baş verib.
 
Universitet polisindən bildiriblər ki, iki tələbənin, inancı və prezidentliyə seçilən Donald Tramp haqqındakı sözlərinə görə müsəlman tələbəni təhqir ediblər.
 
Digər bir hadisə isə San Xose universitetində baş verib. Psixologiya tələbəsi Esra Altun, hadisə ilə bağlı jurnalistlərə verdiyi açıqlamada bildirib ki, 3-cü mərtəbədəki avtoparkda maşınına minərkən bir nəfərin arxasından gələrək hicabını açıb və saçını çəkib. /

Google+ WhatsApp ok.ru