ABŞ-da iki universitet İslama olan diqqətinə görə maliyyə yardımdan məhrum olacaq

ABŞ-da iki universitet İslama olan diqqətinə görə maliyyə yardımdan məhrum olacaq

Ağ Ev Şimali Karolina Universiteti və Dyuk Universiteti tərəfindən keçirilən təhsil proqramı üçün federal maliyyələşdirmənin dayandırılmasını istəyir.
 
Maide.Az bildirir ki, bu barədə NBC News xəbər verir.
 
Bu qərara səbəb, Yaxın Şərqin öyrənilməsi proqramı çərçivəsində İslama həddindən artıq diqqətin göstərilməsidir. Təhsil Nazirliyinin səlahiyyətlilərinə görə, kurs ideologiyanı təbliğ etmək və müsəlman inancının müsbət cəhətlərini vurğulamaq üçün istifadə olunur.
 
Universitet alimlərinə qarşı əsas şikayət "dinə dair "fikir tarazlığını” təmin edə bilməmə” və tədqiqat işlərində qrant tematikasından kənara çıxmadır.
 
 
Universitetlər öz növbəsində azadlığı məhdudlaşdırmaqda hökuməti günahlandırırlar. Duk Universitetinin tarix professoru və Amerika Universiteti Professorlar Birliyinin vitse-prezidenti Cey Smit, hökumətin iddialarının "ideoloji təqiblərə" bərabər olduğunu söyləyib.

Google+ WhatsApp ok.ru