ABŞ-da islamafobiyaya qarşı kampaniya başlayıb

ABŞ-ın San Diyeqo şəhərində İslam dini maarifləndirməsi üçün bilbord kampaniyası başlayıb.
Maide.az xəbər verir ki, Şimali Amerika İslam Cəmiyyəti (ICNA) İslam dini və müsəlmanlarla bağlı yanlış məlumat və ya iddiaları aradan qaldırmaq, həmçinin islamafobiyaya fürsət verməmək üçün kampaniya keçirirlər.
Cəmiyyətin rəhbəri Naem Beyq bildirib ki, amerikalılar Hz. Məhəmməd (s.a.s) peyğəmbər haqqında çox maraqlıdırlar və bu kampaniya başlayandan sonra kampaniyanın saytını izləyənlərin və telefon mərkəzinə zəng edənlərin sayı artıb.
San Dieqo şəhərinin müxtəlif yerlərində asılan bilbordlarda aşağıdakı ifadələr yer alıb6
“Hz.Məhəmməd (s.a.s) sülhə, sosial bərabərliyə, qadın hüquqlarına inandı”.
“Hz.Məhəmməd (s.a.s) hər zaman sevgini öyrətdi. Nifrəti deyil, şiddəti deyil”.
“Allah üzünüzə və zənginliyinizə görə hökm verməz”. /
 

Google+ WhatsApp ok.ru