ABŞ-da keçirilən aksiyalarda ölənlərin sayı 11-ə çatıb

ABŞ-da keçirilən aksiyalarda ölənlərin sayı 11-ə çatıb

ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyalarında ölənlərin sayı 11-ə çatıb.
 
Maide.Az  xarici KİV-ə istinadən xəbər verir ki, ölüm halları Floydun öldüyü Minneapolis şəhəri ilə yanaşı, Sent-Luis, Luisvill, Oklend, İndianapolis, Davenport, Omaxi, Detroyt və Çikaqo yaxınlığında qeydə alınıb.
 
Bundan başqa, onlarla insanın etirazlar zamanı xəsarət aldığı bildirilir.
 
Qeyd edək ki, Artıq 8 gündür ki, ABŞ-da qaradərili Corc Floydun polis tərəfindən öldürülməsindən keçir.  ABŞ prezidenti Donald Trampın  ölkədə yayılmış iğtişaş və talanı dayandırmaq üçün ordudan istifadə edəcəyi ilə bağlı  hədələri də  etirazçıların küçələrə çıxıb aksiya keçirməsinə mane ola bilməyib. 
 
Etirazlar ABŞ-ın ən az 140 şəhərində keçirilir.  
 
Bir çox ABŞ siyasətçiləri  o cümlədən Vaşinqton meri  Trampın  xalqı ordudan istifadə ilə hədələməsini pisləyib. 

Google+ WhatsApp ok.ru