ABŞ-dakı Müsəlman cəmiyyətindən Trampa çağırış

ABŞ-dakı Müsəlman cəmiyyətindən Trampa çağırış

ABŞ-dakı Müsəlman vətəndaş cəmiyyəti nümayəndələri, ABŞ prezidenti Donald Trampa, Minnesota məscid təcavüzü qarşısında səssizliyini pozub hadisəni qınaması çağırıb.
 
Maide.İnfo "AA"-a istinadən xəbər verir ki, ABŞ prezidenti Trampın, Minnesotanın Bloomington bölgəsindəki Dar Al-Farooq İslam Mərkəzində səhər namazı ərəfəsində keçirilən və imamın ofisində kiçik miqyaslı dağıntıya səbəb olan hücumu qınanmasın, ABŞ-dakı Müsəlman cəmiyyət liderlərinin reaksiyasını çəkdi.
 
Amerika İslam Əlaqələri Şurasının (CAIR) sözçüsü İbrahim Hooper, "Milli səviyyədə dövlət rəsmlərinin səssizliyi yalnız İslam düşmənlərini gücləndirəcək",  - açıqlamasını verib.
 
Minnesota Müsəlman Amerika Cəmiyyətinin sədri Əsəd Zaman da etdiyi açıqlamada, "Sədr, Trampın bu məsələdə niyə "tweet" atmadığını maraqla gözləyirik" ifadəsiniqeyd edib.
 
Ağ Evdən "Gözləyək görək" açıqlaması
Ağ Ev Milli Təhlükəsizlik işçisi Sebastyan Gorka, MSNBC televiziyasında verdiyi açıqlamada, Trampın səssizliyini hücumun arxasındakı ideoloji səbəbin məlum olmamasına bağladı və bu səbəbdən ehtiyatlı olduğunu dedi.
 
Hadisədən sonra hazırlanan ilk hesabatların hamısının yanlış olduğunu dilə gətirən Gorka, "Onları nəzarət etməyimiz, günahkarların kim olduğunu göstərməyimiz lazımdır", deyə vurğulayıb.
 
Gorka çıxışının sonunda, "Gözləyək və görək. Yerli orqanlara qiymətləndirmə aparmalarına icazə verək. Ağ Ev daha sonra şərhlərini edəcək". Dedi.
 
Bu arada, ABŞ-dakı Müsəlman qeyri-hökumət təşkilatları, təcavüzkarın yaxalanmasına yardımlara 24 min dollar mükafat verəcəyini açıqlayıb.
 
Bölgədəki Müsəlman vətəndaş cəmiyyəti nümayəndələri və din xadimlərinin yanaşı çox sayda keşiş və ravvinin da aralarında olduğu mindən çox amerikalı, məscidin qarşısında təcavüzü etiraz etdi. /

Google+ WhatsApp ok.ru