ABŞ-dakı `Nəfəs ala bilmirəm` etirazları Londona çatdı

Britaniyanın təhlükəsizlik qüvvələri ABŞ-dakı etirazçılarla həmrəylik əlaməti olaraq, aksiya keçirən 76 nəfəri həbs edib.
 
Maide.az-ın Frans-Press-ə istinadən  məlumatına görə, yüzlərlə aksiyaçı Londonun qərbində yerləşən West Feeld satış mərkəzinin qarşısında aksiya keçirib.
Onlar satış mərkəzinin giriş qapısında yerə uzanaraq, alıcıların oraya daxil olmasına mane olub.
Etirazçıların bir çoxunun əllərində plakatlar olub. Plakatların üzərində “Qaradərililərin həyatı mühümdür” şüarı yazılıb. Aksiyaçılar “Nəfəs ala bilmirəm” şüarın sələndiriblər.
Son aylarda Amerika vətəndaşları qaradərililərin ağdərili polislər tərəfindən öldürülmələrinə etiraz olaraq, küçələrdə etiraz aksiyaları keçirilər. 
Ayrı-ayrı vaxtlarda iki qaradərili şəxsi öldürülməsinə görə, polis zabitlərinə qarşı cinayət işinin açılmamasına görə əhali küçələrdə etirazlara əl atıb.  /

Google+ WhatsApp ok.ru