ABŞ-da koronavirusa yoluxanların sayı artıb

ABŞ-da koronavirusa yoluxanların sayı artıb

ABŞ-da daha iki nəfər yeni növ koronavirusa yoluxub.
 
Ölkədə yeni növ koronavirusa təsdiqlənmiş yoluxma halları 11-ə çatıb.
 
Bildirilir ki, yoluxma halları Kaliforniya ştatının San-Benito dairəsində qeydə alınıb. Daha əvvəl 9 nəfərin yoluxduğu bildirilirdi. Son təsdiqlənmiş yoluxma halı ştatın Santa Klara dairəsində qeydə alınmışdı.
 
Qeyd edək ki, Çində 17,2 mindən artıq insan 2019-nCoV koronavirusuna yoluxub. 2019-nCoV koronavirusundan ölənlərin sayı 361 nəfərə çatıb.
 
Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya, Finlandiya, Rusiya və Almaniyada da qeydə alınıb. /Trend
 

Google+ WhatsApp ok.ru