ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

ABŞ-da koronavirusa yoluxma hallarının sayı 100 mini keçib

ABŞ-da koronavirusa yoluxanların sayı 100 min nəfəri keçib.
 
Maide.Az xəbər verir ki, bu rəqəmləri federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti göstərib.
 
Məlumata əsasən, ölkədə 100,717 nəfər koronavirusa yoluxub, 1478 nəfər ölüb, 862 nəfər yoluxan şəxs sağalıb.
 
Qeyd edək ki,  ABŞ Çin və İtaliyanı keçərək koronavirusa yoluxmuş insanların sayına görə dünyada birinci yeri tutub.  
 
 

Google+ WhatsApp ok.ru