ABŞ-da koronavirusla bağlı  mühüm işlər görən alim evində ölü vəziyyətdə tapılıb

ABŞ-da koronavirusla bağlı mühüm işlər görən alim evində ölü vəziyyətdə tapılıb

ABŞ-ın Pittsburq Universitetindən  professoru 37 yaşındakı Çinli doktor Dr.Binq Liu evində tək olanda naməlum şəxs tərəfindən öldürülüb.
 
Maide.Az xəbər  verir ki, aparılan tədqiqatlar nəticəsində onun başına, boynuna və bədəninə odlu silahla atəş açıldığı məlum olub. 46 yaşlı qatil Hao Qu isə Liunun evindən 100 metr məsafədə avtomobildə ölmüş vəziyyətdə tapılıb. Qunun əvvəlcə Dr.Binq Liu öldürdüyü və sonra intihar etdiyi güman olunur.
 
Polis məmurları Liu və Qunun bir-birini tanıdığı qənaətindədirlər. Hesabatlarda Liunın heç bir təhdid yaratmadığı, ölümündən əvvəl itməsi barədə xəbərdarlıq alınmadığı, evli olan tədqiqatçının həyat yoldaşının qətl zamanı evdə olmadığı, ancaq Çində yaşadığı bildirilir. Ancaq hadisəni araşdıran bir dedektiv Liunun çinli olduğu üçün hədəf alındığına dair heç bir əlamətin olmadığını bildirib.
 
Pittsburq Universitetindən verilən açıqlamada, Liunun SARS-koronavirus (COVID-19) epidemiyası və fəsadlarında hüceyrəni əsas götürən mexanizmləri araşdırmaq üçün çox vacib tapıntıları ortaya qoyduğu bildirilir.

Maide.Az xəbər  verir ki, 

Google+ WhatsApp ok.ru