ABŞ-da kütləvi qətllərin rekord sayı müəyyən edilib

ABŞ-da kütləvi qətllərin rekord sayı müəyyən edilib

ABŞ-da kütləvi qətllərin rekord sayı müəyyən edilib.
 
Maide.Az "Sputnik"ə istinadla xəbər verir ki, 2019-cu ildə 41 belə hadisə qeydə alınıb. Amerikanın ştatlarında baş vermiş 41 hadisədən 33-ü insanların güllələnməsi ilə qeydə alınıb.
 
Bu, Amerikada belə statistik faktların yığılmasına başlandığı 1970-i illərdən bu günə qədər ən yüksək statistikadır.
 
41 kütləvi qətl zamanı 211 nəfər ölüb. 10 kütləvi qətl ictimai yerlərdə baş verib. Digər hadisələr isə evlərdə, iş yerlərində və ya barda baş verib. Ekspertlər statistika hazırlayarkən 4 və ya daha çox şəxsin öldüyü hadisələri qeydə alıblar.
 
Qeyd edək ki, ABŞ-da insanların qətlə yetirilməsi nadir hadisə deyil. Bu ilin avqust ayında El-Pasoda ticarət mərkəzində insident zamanı 20 nəfər ölüb və 26 xəsarət alıb. Hücum edən isə 21 yaşlı Patrik Kruzius olub.
 
 

Google+ WhatsApp ok.ru