ABŞ-da öldürülən qaradərililərin DƏHŞƏTLİ STATİSTİKASI

ABŞ-da öldürülən qaradərililərin DƏHŞƏTLİ STATİSTİKASI

Ötən gün ABŞ-da polislərlə qaradərili vətəndaşlar arasında yaşanan silahlı insident birləşmiş ştatların bir nömrəli gündəm mövzusudur. 
 
 Bu gün ABŞ-da polislə qaradərililər arasında yaşanan gərginlik tarixinin ən ciddi dövrünü yaşayır. Belə ki, Alabama Tuskegee Universitetinin statistik araşdırmasına görə 2015-ci il ABŞ-da qaradərililərin ən çox öldürüldüyü ildir. 
 
Statistikaya görə, ABŞ-da 1880-1960-cı illər arasında qaradərililərlə ağdərili vətəndaşların eyni məkanlarda olması barədə qadağalara rəğmən, həmin illərdə belə bu qədər afroamerikan vətəndaş öldürülməyib. Həmin illərdə 2 min 911 qaradərili  öldürülüb ki, bu da ildə 39 nəfər edir. Ən çox ölümün yaşandığı 1892-ci ildə isə 161 qaradərili  qətl edilib.
 

Bu rəqəm isə 2015-ci ilin göstəricilərinin yanında çox az sayılır. Belə ki, 2015-ci ildə ABŞ polisi 258 qaradərili vətəndaşı öldürüb.

 

2016-cı ildə də vəziyyət fərqli deyil. Bu ilin iyul ayına qədər polis tərəfindən ölən zəncilərin sayı 123 olub. 

 
 

Lakin The Washington Post qəzetinin yaydığı məlumata əsasən, ABŞ polisi 2016-ci il ərzində müxtəlif şəraitlərdə 500 nəfəri güllələyib. (lent.az)

 

 

Google+ WhatsApp ok.ru