ABŞ-da mal əti dükanlardan yığışdırıldı - İnfeksiya yayılıb 15 May 2019 12:41 Dünya ABŞ-ın 10 ştatında mal ətindən istifadə nəticəsində bağırsaq çöpləri infeksiyası yayılıb. Trend-in məlumatına görə, bu barədə ABŞ-ın Xəstəliklərə nəzarət və profilaktikası üzrə federal mərkəzin yaydığı açıqlamada qeyd edilib. Məlumata görə, bu gün üçün 196 infeksiyaya yoluxma halı qeydə alınıb. Onların arasında azyaşlılar və yaşlı insanlar da daxil olmaqla 28 nəfərin bu diaqnozla xəstəxanaya yerləşdirildiyi bildirilir. Ötən ayla müqayisədə bu göstəricinin artdığı qeyd edilir. İnfeksiyanın yayılma mənbəyi kimi dükanlarda satılan mal ətindən hazırlanmış farş göstərilir. Bununla əlaqədar olaraq ticarət şəbəkələrindən 75,5 ton mal əti yığışdırılıb. Teqlər : #ABŞda,#mal,#əti,#dükanlardan,#yığışdırıldı,#İnfeksiya,#yayılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiya prezidenti ilə ABŞ dövlət katibinin görüşünün ilk nəticələri Şri-Lankada məscidə hücum olunub -FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO