ABŞ-da miqrant uşaqlarının ailələrindən qoparılmasına etirazlar keçirilir

ABŞ-da miqrant uşaqlarının ailələrindən qoparılmasına etirazlar keçirilir

-- ABŞ ölkəyə qanunsuz üz tutan miqranları belə cəzalandırır

ABŞ-da demokratlar və insan haqları müdafiəçiləri Nyu-Cersidə və Texasda istintaq təcridxanaları qarşısında etiraz aksiyaları keçirdərək, Amerika-Meksika arası sərhəddə miqrant ailələrini bir-birindən ayırmaq siyasətinə son qoymağı tələb edirlər.
 
Maide.Az "Deyerler.org"a istinadən xəbər verir ki, etiraz mitinqi, ABŞ-a qanunsuz daxil olan miqrant ailələrində, uşaqların valideyinlərindən ayırılması haqda xəbərlər yayıldlğı vaxtda baş vermişdir. Bu hətta, Trampı dəstəkləyən respublikaçılar tərəfindən Ağ Evə qarşı siyası təpkilərə səbəb olmuşdur.
 
Son hesabatlara əsasən bildirilir ki, aprelin ortalarından may ayının axırınadək, 2000 uşaq, Amerika-Meksika arası sərhəddə, öz ailələrindən alınmış və xüsusi sığınacaqlara yerləşdirilmişdir. ABŞ ölkəyə qanunsuz üz tutan miqranları belə cəzalandırır.
 

Google+ WhatsApp ok.ru