ABŞ-da müsəlman atlet rekord qırdı, hicaba görə nəticəsi ləğv edildi

ABŞ-da müsəlman atlet rekord qırdı, hicaba görə nəticəsi ləğv edildi

ABŞ-da Ohayo ştatında keçirilən qaçış yarışında müsəlman atlet dini inancına görə ayrı-seçkiliyə məruz qalıb.

Maide.az TRT Haber”ə istinadən xəbər verir ki, 16 yaşlı Noob Abukaram 5 km məsafəni 22 dəqiqə 22 saniyəyə qaçaraq birinci olub. Öz şəxsi rekordunu qıran idmançının nəticəsi isə ləğv edilib. Belə ki, Abukaramın taxdığı hicabın yarış qaydalarına uyğun olmadığı bildirilib.

Gənc atlet isə yarışdan öncə bununla bağlı xəbərdarlıq edilmədiyini söyləyib.

Bi hadisə ABŞ-da birmənalı qarşılanmayıb və nəticənin ləğv edilməsinin düzgün olmadığı bildirilib.

Google+ WhatsApp ok.ru