ABŞ-dan Ər-Riyada nüvə şərti

ABŞ-dan Ər-Riyada nüvə şərti

ABŞ Senatı və Nümayəndələr Palatasına Səudiyyə Ərəbistanına nüvə texnologiyası transferi üçün Camal Qaşıqçı cinayətinin üstünün açılması tələbini qoyan qanun layihəsi təklif edilib.
 
Axar.az xəbər verir ki, layihənin hazırlanmasında demokratlardan Edvard Markey, Bred Şerman, respublikaçılardan isə Marko Rubio və Ted Yoho iştirak edib.
 
Siyasətçilər ABŞ və Səudiyyə Ərəbistanı arasında nüvə transferi anlaşmasının ancaq Konqresin hər iki qolunun ortaq razılığı ilə qüvvəyə minə biləcəyini qeyd ediblər.
 
Layihədə nüvə texnologiyasının transferi üçün aşağıdakı şərtlər göstərilib: Ər-Riyadın Qaşıqçı cinayəti ilə bağlı şəffaf olması, öz torpaqlarında uranın zənginləşdirilməyəcəyi öhdəliyini götürməsi, MAQATE protokollarına riayət etməsi.

Google+ WhatsApp ok.ru