ABŞ-dan Azərbaycana irad və təklif gəldi

ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki Vaşinqtondakı 1 dekabr brifinqində  “Azadlıq” radiosunun əməkdaşı Turxan Kərimovun polis bölməsinə aparılması  haqda sualı cavablandırıb.

O, Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyətinə məhdudiyyətlərdən narahatlıq ifadə edib, hökuməti fundamental insan haqlarına əməl etməyə çağırıb: “Biz Azərbaycan hökumətinin insan haqlarına dair beynəlxalq öhdəlik və vəzifələrinə əməl etməməsindən getdikcə daha dərin narahatlıq duyuruq. Biz Azərbaycanı öz vətəndaşlarının universal insan haqlarına hörmət etməyə və onlara öz baxışlarını ifadə etmək imkanı yaratmağa çağırırıq”.

“Azadlıq” radiosunun məlumatına görə, Cen Psaki deyib ki, Azərbaycan daha açıq cəmiyyətə imkan verməklə sabitliyi və firavanlığı təmin edə bilər. /

Google+ WhatsApp ok.ru