ABŞ-dan daha bir özbaşınalıq: Venesuelanın bu ölkədə olan pulları müxalifətə verildi

ABŞ-dan daha bir özbaşınalıq: Venesuelanın bu ölkədə olan pulları müxalifətə verildi

Vaşinqton, Amerika banklarında olan Venesuela hökumətinin bəzi hesablarını, müxalifət lideri Xuan Quaydonun sərəncamına verib.
 
Maide.Az  "Deyerler.org"a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Dövlət Departamentindən bildirilib.
 
Quaydoya Nyu-Yorkda yerləşən bank hesablarına nəzarət etmə imkanı verilib. Bu, federal ehtiyat sisteminin 24В məcəlləsiə əsasən edilib. Söhbət Venesuela hökumətinə məxsus vəsaitlərdən gedir.
 
21 yanvar tarixində Venesuela prezidenti Mudaroya qarşı nümayişlər başlanmışdır. 23 yanvar tarixində, parlament sözçüsü Xuan Quaydo özünü prezident elan etmişdir. Maduronun sözlərinə görə, dövlət çevrilişinin arxasında ABŞ siyasətçiləri durur. O, eyni zamanda, Avropa ölkələri tərəfindən olan, yenidən seçkilərin keçirilməsi və əks halda Quaydonun ölkə başçısı vəzifəsinə təyin olunacağı ultimatumlarını rədd etmişdir.
 

Google+ WhatsApp ok.ru