ABŞ-ın İraqdakı hərbi missiyası ilin sonuna qədər dayandırılacaq

ABŞ-ın İraqdakı hərbi missiyası ilin sonuna qədər dayandırılacaq

ABŞ İraq ərazisindəki döyüş missiyasının 2021-ci ilin sonuna qədər tamamlanacağını deyib.
 
Maide.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden İraq Baş naziri Mustafa əl-Qadimi ilə görüşü zamanı deyib.
 
C.Bayden qeyd edib: "İlin sonuna qədər artıq İraqda döyüş missiyasını yerinə yetirməyəcəyik".
 
Onun sözlərinə görə, ABŞ-ın İraqdakı rolu İŞİD-lə mübarizədə hazırlıqlara, kömək etməyə davam etməkdən ibarət olacaq".
 
Tərəflər Ağ Evdəki danışıqlar zamanı müvafiq qərara gəliblər.
 

Google+ WhatsApp ok.ru