ABŞ-dan Fələstinə qarşı daha bir radikal qərar

ABŞ-dan Fələstinə qarşı daha bir radikal qərar

 “Wall Street” jurnalı ABŞ hökumətinin Vaşinqtonda fəaliyyət göstərən Fələstin Azadlıq Təşkilatının ofisini bağlayacağını yazıb.
 
Maide.az “Ahaber”ə istinadən xəbər verir ki, Jurnal Ağ Evdəki mənbələrinə istinadən qeyd edib ki, bu barədə açıqlamanı gün ərzində Milli Təhlükəsizlik müşaviri Con Bolton verəcək.
 
Qəzet iddia edib ki, Boltonun açıqlam mətnində bu ifadələr yer alacaq:
 
“ABŞ dost və mütttəfiqi olan İsraillə hər zaman yan-yana durmaqdadır. Fələstin isə İsraillə müzakirələr başlamağı qəbul etmədiyi üçün ABŞ hökuməti Fələstin Azadlıq Təşkilatının ofisini bağlayacaq”.
 
Xatırladaq ki, Donald Trampın göstərişi ilə BMT-nin Fələstinlilərə Yardım Təşkilatına (UNRWA) və Şərqi Qüdsdəki xəstəxanalara maliyyə dəstəyi dayandırılıb. ABŞ bu təzyiqlərlə Fələstin hökumətini İsraillə danışıqlara başlamağa məcbur etmək istəyir.
 

Google+ WhatsApp ok.ru