ABŞ-dan Fələstinə daha bir təzyiq - Ölkədən çıxmaları tələb edildi

ABŞ-dan Fələstinə daha bir təzyiq - Ölkədən çıxmaları tələb edildi

Ötən həftə Fələstin Azadlıq Təşkilatının (FAT) Vaşinqtondakı ofisini bağlayan ABŞ hökuməti daha bir qalmaqallı addım atıb.
 
Maide.Az İHA-ya istinadən xəbər verir ki, FAT Komissiyasının rəhbəri, səfir Hüsam Zumlut və ailəsinin ABŞ-ı tərk etməsi tələb edilib.
 
Zumlut 2022-ci ilə qədər qüvvədə olan vizalarının ləğv edildiyini bildirib.
 
O, bu addımı Fələstinin işğalçı İsraillə danışıqlara başlamadığı üçün göstərilən təzyiq prosesinin bir hissəsi kimi gördüyünü söyləyib.

Google+ WhatsApp ok.ru