ABŞ-dan Pakistana F-16 satışına razılıq

ABŞ Xarici İşlər Nazirliyinin Pakistana 699 milyon dollar məbləğindəki 8 ədəd F-16 təyyarəsinin satışını təsdiq etdiyi bildirildi.
 
Maide.az-ın məlumatına görə, Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyindən bildiriblər ki, 8 ədəd F-16 qırıcısı ilə yanaşı bu təyyarələrə aid təchizat və logistika dəstəyi də həyata keçiriləcək. 
 
Konqresin satış haqqında məlumatlandırıldığı qeyd olunan açıqlamada, satışın Pakistan hökumətinin daha əvvəl etdiyi müraciət üzrə həyata keçirildiyi bildirilib.
 
Açıqlamada, "Razılıq verilən bu satış, Pakistanın hazırkı və gələcək təhlükəsizlik təhdidlərinə qarşı çıxmasına yardımçı olacaq. Bu F-16 təyyarələri hər cür hava şəraitində, gün işığının olmadığı şəraitlərdə uça bilir, özünü qoruma qabiliyyətinə malikdir və Pakistanın terrorla mübarizə əməliyyatlarındakı gücünü artıracaqdır" deyilir.
 
ABŞ Konqresinin satışı 30 gün ərzində ləğv etmə səlahiyyəti var.

Google+ WhatsApp ok.ru