ABŞ-dan sionist qərar: `Fələstini tanımayacayıq`

BMT TŞ Fələstini dövlət kimi tanıyan qətnaməyə dəstək verməyəcək.
 
ANS PRESS-in məlumatına görə, bu sözləri ABŞ Dövlət departamentinin mətbuat katibi Cen Psaki deyib.
 
Psakinin sözlərinə görə rəsmi Vaşinqton surəti BMT-də olan qətnamənin mətni ilə tanış olub.
 
“Bu bizim dəstəkləyəcəyimiz sənəd deyil”- deyə Psaki bildirib.
 

Bildirək ki, Fələstin tərəfi BMT TŞ-nin gündəminə çıxardığı qanun layihəsində Sionist rejimin işğal etdiyi ərazilərin iki il ərzində azad olunmasını tələb edir.

Qeyd edək ki, dünən Avropa Parlamenti Fələstini dövlət kimi tanıyan qətnaməni qəbul edib. /

Google+ WhatsApp ok.ru