ABŞ-dan Türkiyəyə `ağıllı bomba` satışına razılıq

ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı Agentliyindən yayımlanan açıqlamada, Xarici İşlər Nazirliyinin "Müştərək Birbaşa Təcavüz Müharibə Materialı" və buna bağlı olaraq avadanlıq, parça, maddi-texniki dəstək, təhsil, test materialı və dəstək materialı ehtiva edən satışı təsdiq etdiyi, ümumi xərcin 70 milyon dollar olacağı bildirilib. 
Maide.az xəbər verir ki, Agentliyin açıqlamasına görə, Türkiyənin 2 min 200 hissədən ibarət müxtəlif bomba növlərində istifadə ediləcək material kütləsi, döyüş başlıqları və partladıcı satın almaq istəyi olub.
"Türkiye regionda sülh və sabitliyin təmin edilməsində ABŞ-ın tərəfdaşıdır" deyilən açıqlamada, güclü və hazır bir müdafiə qabiliyyəti yaranması və qorunması üçün NATO müttəfiqi olan Türkiyənin dəstəklənməsinin, ABŞ-ın milli maraqları baxımından həyati əhəmiyyət daşıdığı qeyd edilib.
Türkiyəyə materialları Amerikanını müdafiə sənayesi şirkəti "Raytheon", "General Atomics" və "L-3 Communications" satacaq.
Türkiyənin satın almağı planlaşdırdığı vəsaitlərin bir hissəsinin nəzarətsiz bombaları GPS dəstəkli sistemlərlə təhciz edərək hər cür hava şəraitində istifadə edilə bilən "ağıllı bombalara" çevrilməsində istifadə edildiyi qeyd olunur.

Google+ WhatsApp ok.ru