ABŞ-da polisi qaradərililirə qənim kəsilib

Bu, Ferqüson şəhərindəki vəziyyəti daha da gərginləşdirib. Amerika Birləşmiş Ştatlarının Missuri ştatının Ferqüson şəhərində daha bir qaradərili gəncin ağdərili polis tərəfindən öldürülməsi vəziyyəti daha da gərginləşdirib. 
 
Bu dəfə 23 yaşlı qaradərili gənc bıçaqla polisə hücum edərkən öldürülüb. Şəhərdə davam edən etirazlar zamanı isə bir neçə nümayişçi həbs edilib. Həbs olunanlar arasında olan qadının polis əməkdaşları tərəfindən kobud rəftara məruz qalması da etirazlara səbəb olub. 
 
İğtişaşlar Maykl Braun adlı qaradərili gəncin ağdərili polis tərəfindən öldürüldüyü 6 avqust tarixindən bəri davam edir. Qarşıdurmalar, əsasən, qaradərililərin məskunlaşdığı Sent-Lüis raoynunda baş verir. Burada isə təhlükəsizlik qüvvələri, əsasən, ağdərililərdir. 
 
Federal Təhqiqatlar Bürosunun rəhbəri Ceyms Komi gəncin öldürülməsi ilə bağlı araşdırma çərçivəsində xeyli insanın istintaqa cəlb edildiyini açıqlayıb.

Google+ WhatsApp ok.ru