ABŞ-da rusiyalı hakerə 7 il həbs cəzası kəsilib

ABŞ-da rusiyalı hakerə 7 il həbs cəzası kəsilib

“Putin” ləqəbli rusiyalı haker Yevgeni Nikulin LinkedIn, DropBox və digər internet şirkətlərinə haker hücumlarında təqsirli bilinərək yeddi il həbs cəzasına məhkum edilib.
 
Qərar sentyabrın 29-da San Fransiskodakı ABŞ federal məhkəməsinin hakimi tərəfindən çıxarılıb.
 
“Məncə, sən çox ağıllı oğlansan. Səni ağlını qanuni peşəyə tətbiq etməyə, kompüterlərə hücum etməkdənsə həyatında yaxşı iş görməyə çağırıram”, – Hakim Uilyam Olsap deyib.
 
88 aylıq cəzaya Nikulinin dörd il dəmir barmaqlıqlar arxasında keçirdiyi müddət də daxildir.
 
Hakim qeyd edib ki, Nikulinin Rusiyada 10 yaşlı qızı var, anası isə o, həbsdən çıxanadək həyatda olmaya bilər. Vəkili Valeri Neçayın sözlərinə görə, hakerin anası son illər onurğasından dörd dəfə əməliyyat olunub, üç dəfə iflic keçirib.
 
Nikulin 2016-cı ilin oktyabrında Çexiyada həbs olunmuşdu.
 
İttihamçılar ona 12 il həbs cəzası istəmişdi. İyulda federal məhkəmə onu doqquz maddə üzrə, həmçinin ABŞ-da bir sıra böyük sosial media şirkətlərinə haker hücumunda təqsirli bilib. /azadlq.org /
 

Google+ WhatsApp ok.ru