ABŞ-da Səudiyyə Ərəbistanına etiraz olundu

ABŞ-da Səudiyyə Ərəbistanına etiraz olundu

ABŞ-ın Nyu-York şəhərində Səudiyyə Ərəbistanında üç din xadiminin Ramazan ayından sonra edam ediləcəyi xəbərlərinin ardından etiraz aksiyası keçirilib.

Aksiya Nyu-York şəhərindəki Səudiyyə Ərəbistanı baş konsulluğu qarşısında baş tutub.

Nümayişçilər Səudiyyə Ərəbistanının edam qərarına etiraz ediblər.

Aksiyada “müsəlman alimləri qoruyun” və “Camal Qaşıqçını unutmadıq” şəklində şüarlar səsləndirilib. /eastnews.org/ 

Google+ WhatsApp ok.ru