ABŞ-da sərt hava səbəbindən 5 hava limanı bağlanıb 16 Fevral 2021 09:49 Dünya ABŞ-da sərt hava səbəbindən 5 hava limanı fəaliyyətini dayandırıb. APA xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyasının məlumatında bildirilib. Qeyd edilib ki, hazırda Texas və Mississippi ştatlarında 2 beynəlxalq hava limanı, həmçinin, Texas və Luiziana bölgələrində yerləşən 3 regional hava limanı bağlanıb. ABŞ-da 3700-dən çox uçuşun ləğv edildiyi bildirilib. Kəskin soyuq hava ölkənin 4 milyondan çox sakininin işıqsız qalmasına səbəb olub. Dallasda havanın hərarəti mənfi 15 dərəcəyə, Oklahomada mənfi 21, Kanzasda isə mənfi 35 dərəcəyə düşüb. 1989-cu ildən bəri qeydə alınan mövcud temperaturun rekord həddə çatdığı vurğulanıb. Hyustonda son 122 ilin ən soyuq havası olacağı qeyd edilib. Bir neçə iri neft emalı zavodu işlərini dayandırmağa məcbur olub. Teqlər : #ABŞda,#sərt,#hava,#səbəbindən,#hava,#limanı,#bağlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraq parlamentinin üzvü: 'ABŞ-ın İŞİD-i İraqa gətirdiyinə dair dəlillərimiz var' NATO Baş katibi: 'Rusiya toqquşma istəsə, biz buna hazırıq'
İran dondurulmuş 40 milyard dollar pulunun sərbəst buraxılmasını danışıqlarda şərt olaraq irəli sürür
Rusiya Təhlükəsizlik Şurasının katibi: ABŞ Rusiya-Çin sərhədi yaxınlığında bioloji silah istehsal edir