ABŞ-da saxlanılan miqrant uşaqların sayı beş dəfə artıb

ABŞ-da saxlanılan miqrant uşaqların sayı beş dəfə artıb

ABŞ sərhədini qanunsuz keçən və müvəqqəti saxlanma mərkəzlərinə yerləşdirilən miqrant uşaqların sayı 2017-ci ilin mayından 5 dəfə artıb və 2018-ci ilin sentyabrında 12,8 min nəfərə çatıb. 
 
Maide.Az xəbər verir ki, istinadən "The New York Times" qəzeti ABŞ Səhiyyə və İnsan işləri nazirliyinə istinadla yazır ki, ötən il Amerika saxlanma mərkəzlərində 2,4 min miqrant uşaq olub.
 
Uşaqların əksəriyyəti Mərkəzi Amerika ölkələrindən gələn, valideynlərinin müşayiəti olmadan təkbaşına sərhədi keçməyə cəhd göstərənlərdir. ABŞ qanunlarına görə uşaqların həbsi mümkün olmadığına görə, onlar bütün ABŞ ərazisində yerləşən 100 saxlanma mərkəzindən birinə düşürlər. Onların daha çox hissəsi Birləşmiş Ştatların cənub-qərb sərhədlərinə cəmləşib. Hazırda mərkəzlər 90 faiz dolub.
 
Rəsmilər ABŞ-a ola  biləcək yeni  köç dalğası zamanı saxlanma mərkəzlərində sıxlıq yaşanacaq.  
 

Google+ WhatsApp ok.ru