ABŞ-da senator, qubernator və Nümayəndələr Palatası seçkiləri niyə önəmlidir?

ABŞ-da senator, qubernator və Nümayəndələr Palatası seçkiləri niyə önəmlidir?

Seçkidə demokratlar qalib gəlsə, Donald Trump...

Çərşənbə axşamı günü amerikalılar 35 senator, 36 ştat qubernatoru və Konqresin Nümayəndələr Palatasının müxtəlif ştatlardan olan 435 üzvünü və müxtəlif səviyyəli təmsilçi qurumlara onlarca nümayəndə seçəcəklər.
 
Seçkidə demokratlar qalib gəlsə, Donald Trump bir çox təşəbbüsünü Konqresdəki müxalifətlə razılaşdırmalı olacaq. Konqres üzvləri prezident Trump-a qarşı gedən araşdırmaları sürətləndirə biləcəklər.
 
2016-cı ildə Donald Trump-a səsvermiş ştatlarda qələbə uğrunda 10 Demokrat namizəd mübarizə aparır: Qərbi Virginia, Şimali Dakota, Şimali Dakota, Missouri, Indiana, Florida, Nevada, Arizona, Tennessee, Montana və Texas.
 
Hazırda senatda respublikaçıların cüzi üstünlüyü var: 51 Respublikaçı və 49 demokrat.
 
Konqresdə üstünlüyü Demokratlar qazansa, onlar Respublikaçıların qanunvericilik təşəbbüslərinə son qoyacaqlar, prezidentin fəaliyyətlərini daha dərindən araşdıra biləcəklər, hətta impiçment məsələsini də qaldıra bilərlər, amma bunun üçün senat üzvlərinin üçdə ikisi səs verməlidir, yəni bu halda bəzi respublikaçıların da razılığı lazım olacaq.
 
Demokratlar hökümət üzvlərinin fəaliyyətilə də maraqlanacaqlar.
 
Respublikaçılar qələbə qazansa, yerlərdə daha geniş səlajiyyətlərə malik olacaqlar və öz dairələrində 2020-ci ilin seçkilərinə nəzarət edə biləcəklər.
 
Demokratlar Senatda çoxluq əldə edə bilsələr, onlar 2020-ci ilədək qalan müddət ərzində Trump-ın hakimiyyətini ciddi sürətdə məhdudlaşdıra biləcəklər.
 
Tarixən, Ağ Evdə prezidentlik edən təmsilçinin partiyası ara seçkilərdə həmişə məğlub olub. Xüsusən də, söhbət ilk prezidentlik müddətindən gedirsə və prezidentin cəmiyyətdə dəstəyi 50 faizdən azdırsa.
 
Amma bu dəfə respublikaçılar tarixi rekord qırıblar: Respublikaçılardan Nümayəndə Palatasının 24 üzvü və 3 senator təqaüdə çıxdıqlarını elan ediblər, daha 6 nəfər istefa verdiklərini bildiriblər, 12 nəfər isə fərqli vəzifələrə seçkidə iştirak etmək planlarını açıqlayıblar.
 
Sonuncu dəfə siyasətçilərin bu dərəcədə kütləvi miqrasiyası ötən əsrin 30-cu illərində müşahidə olunub.  / bbc /
 

Google+ WhatsApp ok.ru