ABŞ-da silahlı anti-islamçılar fəal müsəlmanların ünvanlarını açıqlayıblar

Bu siyahıda İrving Şəhər Şurasının mart ayında keçirilən toplantısında çıxış edən və ya öz fikirlərini ifadə etmək üçün qeydiyyatdan keçən 50-dən artıq müsəlmanın və “müsəlmanların tərəfdarlarının” adları qeyd edilib.
Maide.az xəbər verir ki, bu şəhərdə yaşayan müsəlman icmasının bir çox üzvü islamofobiya hərəkətlərinin hədəfinə çevrildiklərini hiss edirlər.
Bu addım, Parisdəki son terror hücumlarından sonra Texas əyalətinin şimalında anti-islam qarşıdurmasını gərginləşdirib.
Amerika-İslam Bürosunun sözcüsü Devid Rayt deyib: Suriyalı miqrantların ABŞ-a gəlməsinə etiraz olaraq və Amerikanın islamlaşmasına etiraz olaraq burdayıq.
Amerika-İslam Bürosunun Dallas əyalətinin Fort Worth rayonu üzrə icraçı direktoru Alya Salem bildirib ki, şənbə günü keçirilən etirazlarda atmosfer çox qorxuducu idi. Onlar yarım avtomat silahlarla silahlanaraq, üzlərini örtmüşdülər.
Paris hücumlarından sonra İslamofobiya artıb
Salem əlavə edib ki, Amerika-İslam əlaqələri Şurası 13 noyabr da baş verən Paris terror aktlarından sonra müsəlmanlara qarşı “nifrətdən qaynaqlanan cinayətlərin kəskin artması haqda məlumatlar” əldə edib.
O, anti-islamçılar tərəfindən bölgədəki bir məsciddə Qurani-Kərimin təhqir olunmasına toxunaraq, qeyd edib ki özü də iki dəfə təhqirə məruz qalıb.
Bu İslam təşkilatın Vaşinqtondakı milli qərargahı yaydığı açıqlamada qeyd edib: 11 sentyabr terror aktarından bu yana başqa dövrlərə nisbətən son bir həftə yarım ərzində amerikalı müsəlmanlara (yaxud müsəlman olduqları təsəvvür edilən) və İslam təşkilatlarına qarşı ayrıseçkilik, islamofobiya xarakterli, qorxu, təhdid və zorakılıq halları barədə daha çox məlumatlar alıb. /

Google+ WhatsApp ok.ru