ABŞ-da silah satışı artıb

ABŞ-da silah satışı artıb

ABŞ-da yeni koronavirusun yayılması fonunda odlu silah satışlarının həcmi sürətlə artıb.
 
Bu barədə Amerikanın “ABC” telekanalı məlumat yayıb.
 
Məlumata görə, ABŞ-ın ən böyük onlayn silah mağazalarından biri "ammo.com"un gəlirləri fevral ayında 309%, sifarişlərin sayı isə 222% artıb.
 
Kanal odlu silaha artan tələbi, polisin COVID-19-ın yayılması səbəbindən əməliyyatların sayını azaltmaq məcburiyyətində olması ilə izah edib. Belə ki, bəzi polis məntəqələri yalnız təcili çağırışlarla gedir.
 
Kiçik hadisələrlə bağlı məlumatlar polis tərəfindən telefonla qəbul edilir və ya ərizəçilər özləri polis bölməsinə gələrək ifadə verməlidirlər. /Report
 

Google+ WhatsApp ok.ru