ABŞ-da Trampa qarşı cinayət işi açılıb 12 İyun 2017 01:00 Dünya Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Donald Trampı dövlət başçısı vəzifəsinin icrasına başladıqdan sonra bizneslə məşğul olmaqda şübhəli bilərək, konstitusiyanı pozması ehtimalı əsasında məhkəməyə müraciət etməyə hazırlaşırlar. “Report” xəbər verir ki, bu haqda “The Washington Post” yazıb. İnformasiyaya əsasən, baş prokurorlar Trampı xarici dövlətlərdən milyonlarla dollar vəsait almaqda ittiham edirlər. Onlar iddia edib ki, Tramp ardıcıl olaraq, şirkətinin maliyyə hesabatını yoxlayır. “Prezident öz işgüzar maraqlarından çəkilməyərək, lazımi addımı atmadığı üçün biz cinayət işi açmışıq” , - Karl Rasin vurğulayıb. Şikayət təmin olunduğu halda ABŞ prezidenti xarici biznes sövdələşmələrinin miqyasını təyin etmək məqsədi ilə öz vergi bəyannaməsini məhkəmə araşdırması çərçivəsində açıqlamalıdır. Bir müddət əvvəl vəkilləri Trampın vergi bəyannaməsində Rusiya izinin mövcud olmadığını bildirmişdi. Teqlər : #ABŞda Trampa qarşı cinayət işi açılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Son 12 saatda dünyada baş verən önəmli xəbərlər Qətər 2.5 milyon dollara Amerikalı vəkil tutub
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO