ABŞ-da Trampa Rusiya bayraqları atan şəxs həbs edilib - VİDEO 25 Oktyabr 2017 01:00 Dünya ABŞ polisi prezident Trampa Rusiya bayraqları atan şəxsi həbs edib. Maide.Az bildirir ki, bu barədə "ABC News" telekanalı xəbər verib. Telekanalın məlumatına görə, o, qanuna zidd hərəkətdə ittiham edilir. Hüquq-mühafizə orqanları hadisə ilə bağlı təhqiqatı davam etdirirlər. Qeyd edək ki, hadisə ABŞ Konqresinin binasında baş verib. Belə ki, Tramp respublikaçıların Senatdakı rəhbəri Mitç Makkonnellə nahara gedərkən ona bayraqlar atılıb. Prezidentə Rusiya bayraqlarını atan şəxs "Satqın Tramp!" şüarlarını da səsləndirib. Həmin şəxs Rayan Kleytondur. O, fevralda da Trampın iştirak etdiyi konfransda təxribat hazırlayıb. (report) Teqlər : #ABŞda Trampa Rusiya bayraqları atan şəxs həbs edilib VİDEO , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İraqın Kürdüstan bölgəsi referendumun nəticələrini dondurdu Polis: 7 min mokib və xidmət qrupu Ərbəin zəvvarlarına xidmət göstərəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO